6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Polşanın baş naziri: "Rusiya NATO ölkələrinin ərazisinə raket zərbələri endirməyi planlaşdırır"

18-sentyabr-2026, 14:16
Polşanın baş naziri: "Rusiya NATO ölkələrinin ərazisinə raket zərbələri endirməyi planlaşdırır"
Yazı Ölçüsü:
Polşanın baş naziri Donald Tusk Rusiyanın Ukraynanı dəstəkləyən Avropa ölkələrinə, o cümlədən Polşaya pilotsuz uçuş aparatları və raketlərlə hibrid zərbələr endirməyi planlaşdırdığını bildirib.
"PostMedia" "Euronews"a istinadən xəbər verir ki, bu barədə o, sentyabrın 17-də Seymdə deputatlar qarşısında xüsusi çıxışı zamanı danışıb.
Tuskun sözlərinə görə, kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə əsasən, Rusiyanın planlarına Ukraynanı dəstəkləyən ölkələrə, o cümlədən Polşaya qarşı dron və raketlərdən istifadə etməklə hibrid hücumlar daxildir.
Polşa hökumətinin başçısı mümkün hücumların "təsadüfi" kimi təqdim edilə biləcəyini və bunun NATO ölkələrinin hücuma məruz qalan müttəfiqini müdafiə etmək motivasiyasını iflic etmək və ya zəiflətmək məqsədi daşıya biləcəyini deyib.
"Real risk mövcuddur ki, NATO-nun şərq cinahında yerləşən bir və ya bir neçə ölkənin ərazisinə dronlar və ya digər raketlər daxil ola, hətta dağıntılara səbəb ola bilər. Rəsmi versiya isə bunun təsadüf olduğu və NATO-nun cavab verməsi üçün əsasların olmadığı yönündə olacaq", - Tusk bildirib.
Onun sözlərinə görə, Rusiyanın məqsədi NATO-nun bütövlüyünü zəiflətmək və alyans ölkələrini 5-ci maddənin daha çox nəzəri xarakter daşıdığına inandırmaqdır. Tusk belə "təsadüfi" hücumların təkrarlana biləcəyini də qeyd edib.
Polşa baş naziri Rusiyanın Ukraynanın iqtisadiyyatını və logistikasını mümkün qədər geniş miqyasda dağıtmağı hədəflədiyini bildirib. Onun sözlərinə görə, yaxın aylarda Ukraynanın altı əsas şəhərinə çox yüksək tezlik və intensivliklə davamlı zərbələr endiriləcəyi, həmçinin müdafiə üçün vacib ehtiyatların və dəmir yolu infrastrukturunun məhv ediləcəyi gözlənilir.
Tusk Rusiyanın reaktiv dronlardan kütləvi istifadəyə başlamasını da "çox mənfi" dəyişiklik adlandırıb. Onun sözlərinə görə, bu dronlar əvvəl istifadə olunan mühərrikli aparatlarla müqayisədə daha yüksək sürətlə hərəkət edir və daha yüksəklikdə uçur. Tusk belə dronlara qarşı effektiv mübarizə aparmaq üçün hazırlığın demək olar ki, heç bir ölkədə kifayət qədər olmadığını bildirib və Polşanın da bu istiqamətdə iş görməli olduğunu vurğulayıb.
Tusk bildirib ki, Rusiyanın Avropaya qarşı mümkün təxribatları ilə bağlı xəbərdarlıqları NATO, Ukrayna və ABŞ-ın xüsusi xidmətlərindən əldə edilən kəşfiyyat məlumatları fonunda getdikcə daha konkret xarakter alır.
Polşa hökumətinin rəsmi məlumatına görə, Tusk yaxın aylar üçün ən kritik dövrün gec payız və qış ayları olacağını bildirib. Varşava həmçinin sərhəd-keçid məntəqələrində hərbi infrastrukturu gücləndirir və Ukrayna ilə raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Polşa hökuməti sentyabrın əvvəlində də NATO və Aİ ərazisində hibrid hücumlar və sabotaj cəhdlərinə qarşı şərq cinahının gücləndirilməsini prioritet elan edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930