"ByteDance" şirkətinin qurucusu Çjan İmin ilk dəfə Asiyanın ən varlı insanları siyahısına başçılıq edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bu, süni intellektlə əlaqəli kapitalın sürətli artımı fonunda "TikTok"un yaradıcısının sərvət baxımından yüksəlişini göstərir. Belə ki, texnologiya sahəsindəki milyarderlərin sərvət artımı iqtisadiyyatın ənənəvi sahələrində fəaliyyət göstərən milyarderlərin göstəricilərini üstələyib.
43 yaşlı Çjanın sərvəti 105 milyard ABŞ dollarından çox qiymətləndirilir. O, ABŞ-də populyar tətbiqin fəaliyyətinin dayandırılmasına az qala gətirib çıxaran tənzimləyici qurumlarla sərt qarşıdurmaya baxmayaraq, sərvətini artırmağa nail olub.
O, sərvətinə görə hindistanlı maqnat Qautam Adanini geridə qoyub. Hazırkı göstərici Çjanın kapitalının 2019-cu ilin martında qeydə alınmış 13 milyard dollarla müqayisədə səkkiz dəfədən çox artdığını göstərir.