6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

NATO qırıcıları ilk dəfə Litva səmasında PUA-nı vurub

15-sentyabr-2026, 11:04
NATO qırıcıları ilk dəfə Litva səmasında PUA-nı vurub
Yazı Ölçüsü:
Sentyabrın 15-nə keçən gecə NATO qırıcıları Litva səmasında pilotsuz uçuş aparatını (PUA) vurub.
"PostMedia" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda məlumat verib.
"Avropalı müttəfiqlərə operativ reaksiyalarına görə təşəkkür edirəm”, – deyə Nauseda X sosial şəbəkəsində yazıb. O, hadisənin digər detalları barədə məlumat verməyib.
LRT-nin məlumatına görə, PUA gecəyarısından bir neçə dəqiqə sonra Belarus ərazisindən Litvanın hava məkanına daxil olub. Mümkün hava təhlükəsi ilə bağlı xəbərdarlıq əvvəlcə Vilnüs, Trakay və Elektrenay rayonlarının, daha sonra isə Kaunas vilayətinin sakinlərinə göndərilib.
Təxminən yarım saat sonra PUA İtaliya qırıcıları tərəfindən məhv edilib. Onun qalıqları Kayşyadoris rayonunun Pratkūnay kəndi yaxınlığına düşüb. LRT qeyd edir ki, bu, NATO qırıcılarının Litva səmasında PUA-nı məhv etdiyi ilk hadisədir.
Böhranların İdarəedilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, PUA-nın böyük ehtimalla partlayıcı daşıdığı güman edilir. Onun döyüş məqsədli olub-olmadığı hələlik müəyyən edilməyib.
Hadisə səbəbindən Vilnüs hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Delfi-nin məlumatına görə, Antalyadan və Reykyavikdən həyata keçirilən iki aviareys təxirə salınıb.
Litva bundan əvvəl də hava məkanına PUA-ların daxil olması ilə bağlı bir sıra hadisələrlə üzləşib. Son iki ildə bu cür insidentlərin sayı artıb. “Novaya-Evropa”nın hesablamalarına görə, 2025-ci ilin yanvarından 2026-cı ilin mayına qədər Litvada və digər Baltikyanı ölkələrdə PUA-ların aşkarlanması ilə bağlı ən azı 24 hadisə qeydə alınıb. Bu ilin əvvəlindən etibarən isə belə halların sayı 15 olub.
Bu fonda Litvanın müdafiə naziri Robertas Kaunas Baltikyanı ölkələri PUA-ların müntəzəm müdaxilələrinə hazır olmağa çağırıb. O, xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb və radarlar, eləcə də hava məkanının mühafizəsi sahəsində yeni investisiyalar barədə məlumat verib.
NATO-nun Baş katibi Mark Rütte daha əvvəl Baltikyanı ölkələrdə PUA-larla bağlı insidentlərə alyansın reaksiyasını “sakit, qətiyyətli və proporsional” adlandırıb.
Bundan əvvəl Rusiya rəsmiləri dəfələrlə Baltikyanı ölkələri Ukraynaya PUA-ların buraxılmasına yardım göstərməkdə ittiham edib və onlara qarşı təhdidlər səsləndirib. Rusiya Prezidenti Vladimir Putin isə ərazilərindən Ukrayna PUA-larının buraxılmasına icazə verən Avropa ölkələrinə cavab zərbələri endiriləcəyini açıq şəkildə bəyan edib.
NATO qırıcılarının Litva hava məkanında PUA-nı məhv etməsi alyansın Baltikyanı ölkələrin hava məkanının qorunmasına cəlb olunması baxımından diqqətçəkən hadisədir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930