6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

AQRO | SAĞLAMLIQ

"Qarayara" xəstəliyinə yoluxma halı təsdiqlənib

13-avqust-2026, 15:12
"Qarayara" xəstəliyinə yoluxma halı təsdiqlənib
Yazı Ölçüsü:
Samux rayonunda bir nəfərdə qarayara (sibir xorası) xəstəliyinə yoluxma laboratoriya nəticələri ilə təsdiqlənib. "PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi açıqlama verib.
Məlumata görə, Samux rayonunun bir neçə sakini əvvəlcə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Daha sonra xəstəxanaya yerləşdirilən ilk şəxsdə laborator müayinələr nəticəsində qarayara xəstəliyi aşkarlanıb. Xəstənin iribuynuzlu mal-qara ilə təmasda olduğu müəyyən edilib.
Bundan başqa, xəstə və heyvanla təmasda olmuş daha 9 nəfər təcrid olunub. Onların hamısı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və analizləri yoxlanılır.
Rəsmi qurumların məlumatına görə, hazırda xəstəliyin əhali arasında yayılması qeydə alınmayıb.
Nazirlik və aidiyyəti qurumlar bildiriblər ki, qarayaranın insandan insana keçməsi olduqca nadir haldır. Həmçinin xəstə heyvanın əti termiki emaldan keçirildikdə, həmin ət yoluxma mənbəyi hesab olunmur.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031