Rusiya Prezidenti Vladimir Putin avropalıların seçkilər zamanı Rusiya ilə hər hansı müharibə istəmədiklərini açıq şəkildə ifadə etdiklərini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
"Dayanaraq öz vətəndaşlarını dinləmək əvəzinə, onlar seçkilərdə Rusiya ilə heç bir müharibə istəmədiklərini açıq şəkildə bildirirlər. Lakin həmin liderlər yenə də gərginliyi artırmaqda davam edirlər", - deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, bəzi avropalı liderlər Rusiya ilə mümkün qarşıdurmaya hazırlıqdan danışmaqda davam edirlər. Putin bildirib ki, bu cür bəyanatlardan daxili iqtisadi və sosial siyasətlə bağlı problemləri izah etmək üçün istifadə olunur.