6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

İlk dərs günü metro vasitəsi ilə daşına sərnişin sayı açıqlanıb

16-sentyabr-2026, 18:18
İlk dərs günü metro vasitəsi ilə daşına sərnişin sayı açıqlanıb
Yazı Ölçüsü:
Sentyabrın 15-də Bakı metropolitenindən 605 081 sərnişin istifadə edib.
"PostMedia" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub.
Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3% çoxdur.
Xətlərin ayrılması layihəsinin həyata keçirildiyi bu günlərdə metrodan istifadənin artması bu nəqliyyatın şəhər sakinləri üçün nə qədər vacib olduğunu bir daha göstərir. Tikinti işləri tamamlandıqdan və xətlər tam ayrıldıqdan sonra intervallar azalacaq, səyahətlər daha rahat və sürətli olacaq.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930