6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Komissiyası Ukraynaya silah alınması üçün 3,3 milyard avro ayırıb

18-sentyabr-2026, 14:48
Avropa Komissiyası Ukraynaya silah alınması üçün 3,3 milyard avro ayırıb
Yazı Ölçüsü:

Avropa Komissiyası Ukraynaya dəstək məqsədilə ayrılmış 90 milyard avroluq kredit çərçivəsində Kiyevə silah alınması üçün 3,3 milyard avro ayırır.

"PostMedia" xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

"Bu gün Ukraynaya dəstək krediti çərçivəsində pilotsuz uçuş aparatları və raketlərin alınması üçün 3,3 milyard avro ayırırıq. Avropa Ukraynaya xalqını və ərazisini müdafiə etməsi üçün zəruri dəstəyi göstərməyə davam edəcək", - Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı açıqlamada fon der Lyayenin sözləri sitat gətirilib.

Məlumata görə, vəsait Kiyevin hava hücumundan müdafiə sahəsində ehtiyaclarının qarşılanmasına, o cümlədən "Patriot" sistemləri üçün "PAC-3" raketlərinin alınmasına yönəldiləcək.

Sentyabrın 11-də Avropa Komissiyası Ukraynanın hava və raket hücumundan müdafiəsi, eləcə də digər müdafiə ehtiyacları üçün 6,1 milyard avro ayrılmasını təsdiqləmişdi.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930