6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır -İran rəsmiləri

21-sentyabr-2026, 12:09
ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır -İran rəsmiləri
Yazı Ölçüsü:

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-nin bir sıra regional ölkələrin dəstəyi ilə İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı barədə məlumat əldə etdiyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən hər hansı hücum regiondakı Amerika hərbi bazalarına və obyektlərinə qarşı cavab zərbələri ilə nəticələnəcək. Komandanlıq həmçinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək verən regional ölkələrin münaqişə tərəfi hesab ediləcəyini bildirib.

İran tərəfi Hörmüz boğazının hələ də bağlı olduğunu və ABŞ Prezidenti Donald Tramp Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənədək danışıqlara getməyəcəyini açıqlayıb. Bu şərtlər arasında müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və ABŞ-nin dəniz blokadasının aradan qaldırılması yer alır.

Bazar günü Tramp "Fox News"ə müsahibəsində İranla bağlı növbəti addımları nəzərdən keçirdiyini bildirib. ABŞ Prezidenti İran məsələsində hərbi əməliyyatların davam etdirilməsi, iqtisadi təzyiq və razılaşma variantlarını nəzərdən keçirdiyini, yaxın zamanda əhəmiyyətli hadisələrin baş verə biləcəyini deyib.

İranın bu açıqlaması Vaşinqtonun Tehrana qarşı növbəti hərbi addımları nəzərdən keçirdiyi barədə məlumatların fonunda səslənib. Eyni zamanda, Qətərin vasitəçiliyi ilə danışıqların bərpası istiqamətində diplomatik təmasların davam etdiyi bildirilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930