6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Ermənistan Konstitusiya Məhkəməsi bu gün TRIPP sazişinin konstitusiyaya uyğunluğunu araşdırmağa başlayacaq

15-sentyabr-2026, 12:17
Ermənistan Konstitusiya Məhkəməsi bu gün TRIPP sazişinin konstitusiyaya uyğunluğunu araşdırmağa başlayacaq
Yazı Ölçüsü:

Ermənistan Konstitusiya Məhkəməsi bu gün yazılı icraat qaydasında TRIPP sazişini nəzərdən keçirməyə başlayacaq.

"PostMedia" xəbər verir ki, Məhkəmə sənədlə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ölkə Konstitusiyasına uyğun olub-olmadığını müəyyənləşdirməlidir. İş üzrə məruzəçi hakim Edqar Şatiryandır.

“Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi ilə bağlı çərçivə sazişi Ermənistan və ABŞ tərəfindən mayın 26-da paraflanıb. Sazişin imzalanması prosesi iyunun 4-də ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın imzaları ilə başa çatıb.

İyul ayında Ermənistan hökuməti sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib. Konstitusiya Məhkəməsi sənədlə üzərinə götürülən öhdəliklərin Konstitusiyaya uyğun olduğunu tanıyarsa, saziş ratifikasiya üçün Milli Məclisə göndəriləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl hökumətin TRIPP layihəsinin icrasına mümkün qədər tez başlamaq istədiyini və ərazidə işlərin artıq bu ilin payızında başlanacağına ümid etdiyini bildirib.

Lakin Ermənistanın ABŞ-dakı səfiri, daha sonra isə Azərbaycanın xarici işlər naziri son günlər tikinti işlərinin böyük ehtimalla gələn ilin əvvəlində başlayacağını bildiriblər.

TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında regional nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm layihələrdən biri hesab olunur.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930