6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

DAXİLİ SİYASƏT

Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

15-sentyabr-2026, 14:52
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Yazı Ölçüsü:
Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.
"PostMedia" "Unikal"a istinadən xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.
Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.
Komitədən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930