6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Ölkədə muzdla işləyənlərin sayı 1,8 milyon nəfərə çatır

10-sentyabr-2026, 10:12
Ölkədə muzdla işləyənlərin sayı 1,8 milyon nəfərə çatır
Yazı Ölçüsü:

2026-cı il avqustun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1781,1 min nəfər olub, onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930