6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran Prezidenti və XİN rəhbəri Nyu-Yorka gedir

21-sentyabr-2026, 06:04
İran Prezidenti və XİN rəhbəri Nyu-Yorka gedir
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi bazar günü axşam Tehrandan Nyu-Yorka yola düşüb.

"PostMedia" xəbər verir ki, onlar, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. 

ABŞ-yə səfəri zamanı Əraqçi Qətərin paytaxtı Dohada qısa müddətlik dayanacaq. Onun burada regionda baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.

Əraqçinin səfəri İran Prezidenti Məsud Pezeşkianın Nyu-Yorka səfərindən bir neçə gün əvvəl baş tutacaq. İran liderinin də BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək niyyətində olduğu bildirilir.

Əraqçinin səfər proqramı və Dohada keçirilməsi gözlənilən məsləhətləşmələrlə bağlı digər təfərrüatlar barədə İran mediası hələlik məlumat verməyib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930