6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bu ilin ilk 8 ayında inflyasiya 5,7% olub

09-sentyabr-2026, 11:16
Bu ilin ilk 8 ayında inflyasiya 5,7% olub
Yazı Ölçüsü:
2026-cı ilin yanvar–avqust ayları üzrə əsas makroiqtisadi göstəricilər açıqlanıb.
"PostMedia" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ümumi daxili məhsul 87 milyard 709,5 milyon manat olub və iqtisadiyyatda 1,2 % real artım qeydə alınıb. Yanvar–avqust aylarında inflyasiya 5,7 % təşkil edib.
Əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat olub və 9,4 % artıb. Yanvar–iyul aylarında orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib və 7,2 % artıb.
Avqustun 1-i vəziyyətinə fiziki şəxslərin banklardakı əmanətləri 17 milyard 896,7 milyon manat olub və 15,8 % artıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930