6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Çin süni intellektin yaratdığı təhlükələrlə bağlı açıqlamaları şərh edib

14-sentyabr-2026, 22:18
Çin süni intellektin yaratdığı təhlükələrlə bağlı açıqlamaları şərh edib
Yazı Ölçüsü:

Süni intellektin (Sİ) yaratdığı təhlükələrlə bağlı narrativlərin yayılması, qarşıdurma və vicdansız rəqabət yalnız süni intellektin qlobal idarəçiliyi prosesinə mane ola bilər. Bu isə heç kimin maraqlarına uyğun deyil.

"PostMedia" xəbə verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciaqınq Sİ sahəsində aparıcı şirkətlərin rəhbərlərinin texnologiyanın inkişaf tempinin azaldılması ilə bağlı son çağırışlarını şərh edərkən bildirib.

"Süni intellektin inkişafı bütün bəşəriyyətin rifahına aiddir. Bütün tərəflər insanların və bütün cəmiyyətin mənafeyi naminə süni intellektin açıq və inklüziv inkişafına birgə töhfə verməlidir", - deyə Quo Ciaqınq bildirib.

Mediada yayılan məlumatlara görə, "Anthropic" şirkətinin baş direktoru Dario Amodei şənbə günü süni intellekt şirkətlərini modellərin imkanlarının təkmilləşdirilməsi tempini azaltmağa çağırıb. O, buna səbəb kimi texnologiya üzərində nəzarətin itirilməsi ilə bağlı narahatlıqları göstərib.

Bu mövqeyi "xAI" şirkətinə rəhbərlik edən İlon Mask və "OpenAI" şirkətinin həmtəsisçisi Sem Altmanın da dəstəklədiyi bildirilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930