6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Daha iki küçədə avtobus zolağı təşkil edilir

18-sentyabr-2026, 17:36
Daha iki küçədə avtobus zolağı təşkil edilir
Yazı Ölçüsü:

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir.

"PostMedia" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, daha iki yol sahəsində işlərə başlanılıb.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.

Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.

Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930