Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb. Lakin bu tədarüklər ictimaiyyətə açıqlanmır.
"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 21-də "Bloomberg" agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Avropalı müttəfiqlər artıq Ukraynaya malik olduqları imkanlar çərçivəsində yardım göstərirlər. Xüsusilə elektrik stansiyaları və istilik avadanlıqları üçün ehtiyat hissələri göndərilir.
"Bloomberg" qeyd edib ki, enerji infrastrukturuna mümkün zərbələr fonunda Ukrayna münaqişə başlayandan bəri ən ağır qış dövrünə hazırlaşır.