Rusiya Prezidenti Vladimir Putin zərbə vasitələri və sursatların, o cümlədən yüksək dəqiqlikli raketlərin istehsalı və tədarükünün müharibənin əvvəlindən bəri 22 dəfədən çox artdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Xüsusi hərbi əməliyyatın əvvəlindən müdafiə müəssisələri istehsal həcmlərini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, zərbə vasitələri və sursatların, o cümlədən yüksək dəqiqlikli raket və mərmilərin istehsalı və tədarükü 22 dəfədən çox artıb", - deyə Putin bildirib.