6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Trampın Vaşinqtonda qolf meydançası layihəsinin dəyəri 49 milyon dollara çata bilər

Trampın Vaşinqtonda qolf meydançası layihəsinin dəyəri 49 milyon dollara çata bilər
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda tikilməsini təklif etdiyi çempionat səviyyəli qolf meydançasının layihəsinin dəyəri 49 milyon dollara qədər ola bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "CNN" ABŞ Milli Parklar Xidmətinin sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, qurum 2027-ci ilin yanvarında East Potomac Parkdakı ictimai qolf meydançasının yenidən qurulması ilə bağlı tender prosesinə başlamağı planlaşdırır. İşlərin ilkin dəyəri 20-49 milyon dollar arasında qiymətləndirilir.

Vaşinqtondakı bu layihə Trampın ABŞ paytaxtının görünüşünü dəyişdirmək məqsədilə həyata keçirməyə çalışdığı bir neçə ictimai tikinti layihəsindən birinə çevrilib. Onun planları ictimaiyyət tərəfindən tənqid olunur və bir sıra layihələr məhkəmə çəkişmələrinin predmetinə çevrilib.

Tramp yay aylarında qolf meydançasının tikintisinə artıq sentyabr ayında başlamaq istədiyini açıqlamışdı. Eyni zamanda onun administrasiyası Vaşinqtondakı digər layihələrlə bağlı hüquqi mübahisələrlə də üzləşməkdə davam edir. Bunlara, xüsusilə, Con Kennedi adına İfa Sənətləri Mərkəzinin adının dəyişdirilməsi və zəfər tağının tikintisi ilə bağlı məsələlər daxildir.

ABŞ Daxili İşlər Nazirliyi isə gələcək qolf meydançası üçün "elektron layihələndirmə" (e-design) xidmətlərinin göstərilməsi məqsədilə Massaçusetsdə yerləşən "Vanasse Hangen Brustlin, Inc." şirkəti ilə ayrıca müqavilə bağlayıb.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30