6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ÖLÜM

Norveç şahzadəsi və Kral V Haraldın bacısı Astrid Maud İnqeborq vəfat edib

11-sentyabr-2026, 18:57
Norveç şahzadəsi və Kral V Haraldın bacısı Astrid Maud İnqeborq vəfat edib
Yazı Ölçüsü:

Norveç şahzadəsi və Kral V Haraldın bacısı Astrid Maud İnqeborq 94 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, bu barədə Norveç Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

Şahzadə sentyabrın 11-də, cümə günü dünyasını dəyişib. Onun vəfatı qardaşı Kral V Haraldın ölümündən iki həftə sonra baş verib.

Kral Sarayının yaydığı məlumatda deyilir: "Şahzadə Astrid bu gün, sentyabrın 11-də, cümə günü 94 yaşında vəfat edib".

Astrid 1932-ci ildə anadan olub. O, Kral V Olaf və vəliəhd şahzadə Marta­nın qızı olub. Astrid uzun illər ərzində rəsmi tədbirlərdə kral ailəsini təmsil edib.

Qeyd edək ki, Norveç Kralı V Harald avqustun 28-də 89 yaşında vəfat edib. Monarx Oslo Universitet Xəstəxanasında dünyasını dəyişib. O, 1991-ci ildən Norveç taxtında olub və vəfat etdiyi vaxt Avropanın fəaliyyətdə olan ən yaşlı monarxı idi.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930