6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Fələstin Prezidentini milli bayram və ad günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Fələstin Prezidentini milli bayram və ad günü münasibətilə təbrik edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa Fələstin Dövlətinin milli bayramı və ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Məktubda deyilir:

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.

Fürsətdən istifadə edərək Sizi ad gününüz münasibətilə də təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Fələstin xalqının əmin-amanlığı və rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30