6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Baş prokuror Kamran Əliyev Argentinanın Federal Baş prokuroru ilə görüşüb

Baş prokuror Kamran Əliyev Argentinanın Federal Baş prokuroru ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Argentinaya işgüzar səfəri çərçivəsində Buenos-Ayresdə Federal Baş prokuror Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirib.

"PostMedia" Baş Prokurorluğa istinadən xəbər verir ki, görüşlər noyabrın 13-də baş tutub.

Federal Baş prokuror Eduardo Kasal ilə görüş zamanı Kamran Əliyev Azərbaycanın Argentina ilə qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib.

Baş prokuror vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi və müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi mühüm prioritetlərdəndir. Bu kursun əsas istiqamətlərindən biri dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Kamran Əliyevin sözlərinə görə, bu baxımdan Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.

Kamran Əliyev həmçinin ölkəmizdə korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi, bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən tədbirlərə toxunub.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30