Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
"PostMedia" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma halları qarşısı alınır.
Nazirlik gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edib.
Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.