Baş prokuror Kamran Əliyev noyabrın 20-də saat 10:00-da Binəqədi rayon prokurorluğunun inzibati binasında rayon sakinlərini qəbul edəcək.
"PostMedia" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə təşkil olunur.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Binəqədi sakinləri iştirak edə bilər.
Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət edə bilərlər. Bundan əlavə, qəbula Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları vasitəsilə yazılmaq mümkündür.
Qəbula yazılmaq üçün həmçinin Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonuna, [email protected] elektron poçt ünvanına, eləcə də prokurorluğun "İnstagram", "Facebook" və "X" səhifələrinə müraciət etmək olar.