6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

"PostMedia" xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında sülhün möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlar müzakirə olunub. Bunlar sırasında nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi məsələləri olub.

Liderlər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri də müzakirə ediblər. Bu çərçivədə marşrutun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, həmçinin TRIPP boyunca tranzit əlaqələrinin perspektivləri nəzərdən keçirilib.

Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd edilib. Ötən ilin noyabr ayından bəri Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.

Tərəflər Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi imkanlarını, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələsini də müzakirə ediblər.

Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Onlar transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Görüşün sonunda İlham Əliyev və Nikol Paşinyan sülh prosesində müsbət dinamikanın qorunub saxlanmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30