6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş noyabrın 12-də keçirilib. Dövlətimizin başçısı İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Volodimir Zelenski İlham Əliyevi Zəfər Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.

Görüşdə Ukrayna Prezidentinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Ölkələr arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparılıb.

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olunub. Bildirilib ki, ölkəmizin bu sahədəki təcrübəsi Ukrayna üçün də əhəmiyyətli olacaq.

Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30