6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Teymur Musayev bu vəzifədə Əli Əhmədovu əvəz edəcək

Teymur Musayev bu vəzifədə Əli Əhmədovu əvəz edəcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib, qərarın 1-ci hissəsində Əli Əhmədovun adı Teymur Musayevin adı ilə əvəz olunub.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Qərar "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında" Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarına dəyişiklik edilməsinə dairdir. Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzası əsasında qəbul olunub.

Əvvəl həmin qərarın 1-ci hissəsində Əli Əhmədovun adı yer alırdısa, indi bunun əvəzinə Teymur Musayevin adı yazılacaq. Qərarda bu, belə ifadə olunub: "Əli Əhmədov" sözləri "Teymur Musayev" sözləri ilə əvəz edilsin.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30