Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşılayıb.
Dublində noyabrın 12-də Avropanın 40-dan çox ölkəsinin liderləri toplaşıb. Görüşdə qitənin təhlükəsizliyi məsələləri əsas mövzulardan biridir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen cümə axşamı jurnalistlərə bildirib ki, zirvənin iştirakçıları Abu-Dabidə keçirilən Ukrayna üzrə sülh danışıqlarını müzakirə edəcəklər.
Azərbaycan Prezidenti Dublində Ukrayna Prezidenti ilə də görüşüb.


