Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə Krakov şəhərində törədilmiş qanlı hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Məktubda deyilir:
Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.