6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Nazir Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulunun tarixi dəyişdirilib

Nazir Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulunun tarixi dəyişdirilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun noyabrın 13-də Gəncə şəhərində keçirməsi nəzərdə tutulan vətəndaş qəbulunun və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışının tarixi noyabrın 12-nə dəyişdirilib.

"PostMedia" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək. Qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına müraciət edə bilərlər. Müraciət nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və sosial şəbəkələrdəki səhifələri vasitəsilə də göndərilə bilər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də saat 08:00-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Xatırladaq ki, nazir Vilayət Eyvazov noyabrın 5-də Bakı şəhərində gənclərin növbəti sıra baxışını keçirib, nazirliyə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30