6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Fransaya casusluq edən Martin Ryan əfv edildi

23-sentyabr-2026, 11:34
Fransaya casusluq edən Martin Ryan əfv edildi
Yazı Ölçüsü:
Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv edilib
"PostMedia" xəbər verir ki, Fransa vətəndaşı Martin Ryan Riçardın əfv olunması barədə məlumat məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında yer alıb.
Sərəncama əsasən, 1988-ci il təvəllüdlü, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard əfv olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Martin Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə qərarına əsasən, onun cəza müddəti başa çatdıqdan sonra Azərbaycan ərazisindən deportasiya edilməsi də nəzərdə tutulmuşdu.
İttihama əsasən, "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək agent-casus kimi istifadə olunub. İstintaqın məlumatına görə, həmin şəxslər daha sonra Bakıdan "persona non grata" elan edilərək çıxarılıblar.
İttiham aktında Ryanın Azərbaycan ərazisində istehsal olunan silah-sursat, 2020-ci il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun komplektləşdirilməsi, hərbi qulluqçular və ehtiyatda olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, ölkədə fəaliyyət göstərən xarici vətəndaşlar və hüquqi şəxslərlə bağlı məlumatların əldə edilməsinə dair tapşırıqlar aldığı bildirilib.
Bundan başqa, onun Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürmələrinin təşkili imkanlarını araşdırdığı, Azərbaycanla Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya ölkələri və digər dövlətlər arasındakı münasibətlər, hərbi əməkdaşlıq planları, eləcə də Azərbaycana idxal olunan silah-sursat barədə məlumatlar toplamağa çalışdığı qeyd olunub.
Martin Ryan və Azərbaycan vətəndaşı Azad Məmmədli 4 dekabr 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Cinayət işi çərçivəsində Ryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq), Azad Məmmədli isə 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Məmmədli 12 il müddətinə azadlıqdan məhrum edilib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930