Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına yaxınlaşdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paşinyan Irlandiyada Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) çıxış edərkən bildirib ki, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox müsbət görüş keçirib.
Onun sözlərinə görə, Ermənistan və Türkiyə yaxın gələcəkdə münasibətlərin tam normallaşmasına nail olacaq. Paşinyan həmçinin Ermənistanın Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına yaxın olduğunu vurğulayıb.
"Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə nail olacağıq", — deyə Paşinyan bildirib.