6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Matviyenko: "Ermənistanın Aİ-yə üzvlük istəyi Avrasiya İqtisadi Birliyinə üzvlüklə uyğunsuzdur"

Matviyenko: "Ermənistanın Aİ-yə üzvlük istəyi Avrasiya İqtisadi Birliyinə üzvlüklə uyğunsuzdur"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanın Aİ-yə üzvlük istəyini Avrasiya İqtisadi Birliyinə üzvlüklə uyğunsuz hesab edib.

"PostMedia" xəbər verir ki, bu sözləri Matviyenko TASS-ın sualına cavab olaraq jurnalistlərə deyib.

Matviyenkonun fikrincə, Ermənistan eyni zamanda həm Aİ-yə üzv ola, həm də Avrasiya İqtisadi Birliyində qala bilməz, çünki bu iki təşkilata eyni vaxtda üzvlük bir-biri ilə uyğun deyil.

"Əlbəttə, uyğunsuzdur. Avropa İttifaqına üzvlük istəyi və üzvlük prosesinin başlanması, yəni bütün hüquqi və normativ bazanın Avropa birliyinə uyğunlaşdırılması Avrasiya İqtisadi Birliyinin üzvlüyü ilə uyğunsuzdur. Bütün liderlər bunu açıq və dürüst deyirlər ki, bu halda seçim etmək lazımdır. Təbii ki, bu, Ermənistan xalqının seçimi olmasını istərdik", — deyə Matviyenko jurnalistlərə bildirib.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30