Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatda səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edilib.
"PostMedia" "Interfax"a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə "Yunaşev.Live" üçün müsahibəsində səsləndirib.
Peskovun sözlərinə görə, qərar iclasda qəbul edilib. Onun bildirdiyinə görə, Ermənistan bir neçə ildir öz öhdəliklərini yerinə yetirmədiyi üçün təşkilatın nizamnaməsinə əsasən, ölkənin səs hüququndan məhrum edilməsi və məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququnun əlindən alınması təklif olunub və bu təklif qəbul edilib. Peskov qeyd edib ki, bundan sonra Ermənistan KTMT-də məsul vəzifələrə nümayəndələrini təyin edə bilməyəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ODKB dövlətlərinin xarici işlər nazirləri təşkilatın lider-ölkələrinə Ermənistanın səs hüququnun ləğvi barədə qərar layihəsi təqdim edəcəklər. Lavrovun sözlərinə görə, ödənilməmiş borc səbəbindən bu məsələ ilə bağlı Ermənistana KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsi qaldırılıb. Onun qeyd etdiyinə görə, "artıq iki ildən çoxdur ki, Yerevan üzv həqləri ödəmir".
Lavrov jurnalistlərə bildirib ki, "qərarın layihəsi Ermənistan vətəndaşlarının təşkilat orqanlarındakı kvota vəzifələrinə namizədlik hüququnun dayandırılmasını və borc tam ödənilənə qədər səs hüququndan məhrumetməni nəzərdə tutur".
Rusiya xarici işlər nazirinin əlavə etdiyinə görə, bu qərar qəbul edildikdən sonra da Ermənistanın həmkarlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə əsas hüquqları, o cümlədən kollektiv təhlükəsizlik hüququ faktiki olaraq qorunub saxlanılacaq. Lavrov bildirib ki, "Ermənistanın həmkarları üçün bu qərar qəbul olunsa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə əsas hüquqlar, o cümlədən kollektiv təhlükəsizlik hüququ faktiki olaraq saxlanılacaq".