Ermənistanda "Güclü Ermənistan" partiyasından Stepanavan şəhəri üzrə meriliyə namizəd olan Arsen Qevorqyan istintaq təcridxanasında vəfat edib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Qevorqyanın ölümünün səbəbi ürək tutması olub.
Mənbələrdə Qevorqyanın həbsdə olmasının səbəbi və istintaqın gedişi barədə ətraflı məlumat verilmir.