Fransa kəşfiyyatı keçən ay supermarketlərin soyuducu sistemlərinə qarşı baş verən kiberhücumu İranla əlaqələndirib.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, hücum nəticəsində yüzlərlə mağaza təsirə məruz qalıb, Paris prokurorluğu isə şübhəlilər üçün beynəlxalq həbs orderləri axtarır.
Fransanın xarici işlər naziri Jan-Noël Barro bildirib ki, bu kiberhücumu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təşkil edib. O, hücumu bənzərsiz adlandırıb.
Paris prokurorluğu isə İranın kiber bölməsinə qarşı istintaq açdığını elan edib. Fransa hökumətinin məlumatına görə, təsirə məruz qalan qida satış məntəqələrinin sayı 700-ə çatıb.
Barronun sözlərinə görə, istintaq hələ davam edir və İranın Fransadakı səfiri çağırılacaq. Nazir həmçinin bildirib ki, bu hadisənin ölkə üçün nəticələri olacaq.