6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını dəstəklədiyini bildirib

23-sentyabr-2026, 22:45
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını dəstəklədiyini bildirib
Yazı Ölçüsü:

BMT-nin 81-ci Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbə verir ki, görüş zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiklərini bildirib. O, münasibətlərdə əldə olunmuş müsbət dinamikanın davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Ərdoğan Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladıqlarını ifadə edib.

Prezident Ərdoğan Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığının normallaşma prosesinə töhfə verdiyini bildirib. O, həmçinin Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930