Baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Konkordiya” illik sammitinin panel müzakirəsində iştirak edib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Paşinyan moderatorun Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh və bunun nəticəsində yaranan imkanlarla bağlı suallarını cavablandırıb. Nikol Paşinyan bildirib ki, hazırda işlər TRIPP layihəsinin həyata keçirilməsinə yönəlib və bunun nəticəsində regionda nəqliyyat və kommunikasiya əlaqələri tam şəkildə açılacaq.
“Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq”, – baş nazir deyib və bununla Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinin də həyata keçiriləcəyini əlavə edib.