6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

SEPAH Quru Qoşunlarının komandanı: İran düşmənə “bir qarış belə” güzəştə getməyəcək

23-sentyabr-2026, 09:01
SEPAH Quru Qoşunlarının komandanı: İran düşmənə “bir qarış belə” güzəştə getməyəcək
Yazı Ölçüsü:

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərami İran Silahlı Qüvvələrinin düşmən qarşısında geri çəkilməyəcəyini və güzəştə getməyəcəyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran xəbər agentliyinin məlumatına görə, Kərami bu açıqlamanı ölkənin şimal-qərb bölgələrində yerləşən əməliyyat bazalarına səfəri zamanı verib. Səfər çərçivəsində o, 1980–1988-ci illərdəki İran-İraq müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş tədbirlərdə də iştirak edib.

“Uca Yaradanın köməyinə arxalanaraq, Müqəddəs Müdafiə dövründə olduğu kimi, düşmənə bir qarış belə güzəştə getməyəcəyik”, – Kərami bildirib.

Onun sözlərinə görə, gələcək İrana və onun xalqına məxsusdur.

General həmçinin İran Silahlı Qüvvələrinin düşmənə qarşı müqavimət göstərməyə hazır olduğunu vurğulayıb.

Daha əvvəl Kərami İran Silahlı Qüvvələrinin düşmənin hər hansı “səhv hesablamasına” güclə cavab verəcəyini bildirmişdi.

Onun sözlərinə görə, iranlı hərbçilər əhalinin dəstəyinə arxalanır və ilahi iradəyə inamlarını rəhbər tutaraq fəaliyyət göstərirlər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930