Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşə olub.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilir.
Danışıqlar qapalı formatda keçirilib. Görüşün əvvəlində mətbuat üçün açıq bəyanatlar verilməyib.
Lavrov və Rubionun əvvəlki görüşü iyul ayında Manilada ASEAN sammiti çərçivəsində baş tutub. Həmin vaxt Rusiya XİN rəhbəri amerikalı həmkarını Ukraynada cəbhədəki vəziyyət barədə məlumatlandırıb və Avropa ölkələrinin sabitliyi pozan təsirindən danışıb.
Həmin görüşdən sonra Rubio danışıqları “səmimi” və “yaxşı” kimi qiymətləndirib.
Lavrov sentyabrın 22-də BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirlərində iştirak etmək üçün ABŞ-a gəlib. Onun Baş Assambleyanın kürsüsündən çıxışı sentyabrın 26-na planlaşdırılıb.