Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan və Ermənistan arasında "davamlı sülhün bərqərar olmasını" dəstəklədiyini bildirib.
"PostMedia" xəbər verir ki, BMT Baş Assambleyasında çıxış edən Ərdoğan Türkiyənin Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyinin "aydın" olduğunu qeyd edib.
"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq. Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın həll yolu tapmaq istiqamətində nümayiş etdirdikləri qətiyyəti yüksək qiymətləndirir və dəstəkləyirik", - Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir.
Desteklenmeyen URL formatı: Ərdoğan: "Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq"