6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı İsrail nümayəndə heyəti zalını tərk edib

22-sentyabr-2026, 21:42
Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı İsrail nümayəndə heyəti zalını tərk edib
Yazı Ölçüsü:

İsrail nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı BMT Baş Assambleyasının zalını tərk edib.

"PostMedia" xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.

İsrail nümayəndə heyətinin üzvləri Türkiyə prezidentinin çıxışı zamanı yerlərindən qalxaraq zalı tərk ediblər. Hadisə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərçivəsində baş verib. Ümumi debatlar sentyabrın 22-dən 28-dək keçiriləcək.

Ərdoğan ənənəvi olaraq İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı sərt mövqe nümayiş etdirir. O, xüsusilə 2025-ci ildə Baş Assambleyanın 80-ci sessiyasındakı çıxışında İsrailin Qəzzadakı fəaliyyətlərini kəskin tənqid edib və müharibənin dayandırılmasının zəruriliyindən danışıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı da milli nümayəndə heyətlərindən biri Baş Assambleyanın zalını tərk edib. Kuba nümayəndələri ABŞ liderinin ada ölkəsindəki vəziyyətlə bağlı açıqlamalarından sonra zalı tərk ediblər. Trampın çıxışı zamanı İran nümayəndə heyətini isə bir diplomat təmsil edib.

BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 22-dən Nyu-Yorkda keçirilir. Ümumi siyasi müzakirələr zamanı dünya liderləri beynəlxalq münaqişələri və qlobal gündəmin digər əsas məsələlərini müzakirə edirlər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930