6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Lavov: "Moskva Ermənistanın Aİ-yə üzvlüyünü maliyyələşdirmək niyyətində deyil"

16-sentyabr-2026, 17:25
Lavov: "Moskva Ermənistanın Aİ-yə üzvlüyünü maliyyələşdirmək niyyətində deyil"
Yazı Ölçüsü:

Rusiya Ermənistanın Avropaya inteqrasiyasını ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü sayəsində əldə etdiyi güzəştlər hesabına "maliyyələşdirmək" istəmir.

"PostMedia" xəbə verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalı çərçivəsində keçirilən "Dünyanın yeni arxitekturası" sessiyasında bildirib.

"Əgər Ermənistanın qanunvericiliyinə və normativ praktikasına Avropa standartlarının tətbiqi prosesi artıq başlayıbsa, Rusiya Avropa İttifaqına üzvlüyün və ya üzvlüyə hazırlığın Ermənistanın Avrasiya İqtisadi İttifaqında əldə etdiyi böyük güzəştlər hesabına maliyyələşdirilməsini istəməzdi", - Lavrov deyib.

Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan sentyabr ayında Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Ermənistanın Aİİ-yə üzvlüyü və ölkənin Avropaya inteqrasiyası ilə bağlı məsələlər üzrə ayrıca görüş keçirmək barədə razılığa gəliblər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930