Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu ay Nyu-Yorkda görüşəcəklər.
"PostMedia" xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq” radiosunun sualını cavablandırarkən görüşün keçiriləcəyini bildirib.
“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində olacaq”, – Mirzoyan deyib. O, görüşün gündəliyi barədə ətraflı məlumat verməyib.
BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb.
İki ölkənin xarici işlər nazirlərinin son görüşü sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Ceyhun Bayramov görüşdən sonra Mirzoyanla bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını və yaxın vaxtlarda yenidən görüşəcəklərini bildirmişdi.