ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara dair ziddiyyətli mesajlar göndərdiyi bir vaxtda Tehran İran tərəfinin irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək danışıqlar aparmaq niyyətində deyil.
"PostMedia" xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
“Heç bir danışıqlar olmayacaq. İranın şərtləri yerinə yetirilməyənədək. Nöqtə”, – Rzayi “X” sosial şəbəkəsində yazıb.
O, Trampın “heç bir danışıq olmayacaq” mesajından “biz danışmağa hazırıq” mövqeyinə qədər dəyişən “ziddiyyətli siqnallarına” cavab verməməyə çağırıb.
“Neft və boğazlarla bağlı hesablamalar dəyişib. Vəziyyəti xilas etmək cəhdləri qaçılmaz olanın qarşısını almayacaq”, – Rzayi vurğulayıb.
Bundan əvvəl Tramp Tehranla danışıqların bərpa edilməsinə razı olub-olmayacağına qərar verəcəyini açıqlayıb. O, ümumilikdə problemin diplomatik yolla həlli ideyasına qarşı olmadığını bildirib.