6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Nazeli Bağdasaryan: "Rusiya Ermənistanda yerləşən hərbi baza ilə bağlı narahatlıq keçirir"

15-sentyabr-2026, 14:25
Nazeli Bağdasaryan: "Rusiya Ermənistanda yerləşən hərbi baza ilə bağlı narahatlıq keçirir"
Yazı Ölçüsü:
“Rusiya niyə Ermənistandakı hərbi baza məsələsini vaxtaşırı gündəmə gətirir? Ola bilsin ki, onların müəyyən narahatlıqları var”.
"PostMedia" xəbər verir ki, bunu sentyabrın 15-də jurnalistlərlə söhbəti zamanı hakim “Mülki müqavilə” fraksiyasının deputatı Nazeli Bağdasaryan deyib.
O, bu mövzunun Ermənistanda müxalifət nümayəndələri tərəfindən də gündəmə gətirilməsini istisna etməyib. Deputat bildirib ki, Rusiya hərbi bazası ilə bağlı məsələ müqavilələr əsasında tənzimlənir.
“Hazırda top Rusiyanın meydanındadır. Əgər ictimai açıqlamalar səsləndirilirsə, bundan sonrakı addımları izləmək lazımdır”, – deyə Bağdasaryan qeyd edib.
Deputat əmin olduğunu bildirib ki, Ermənistanın heç bir vətəndaşı özünü sahibsiz hiss edə bilməz, çünki ölkənin sahibi məhz vətəndaşlardır.
Bağdasaryan müxalifətdəki “Güclü Ermənistan” siyasi qüvvəsinin rəhbəri Samvel Karapetyanın açıqlamalarını təəssüf doğuran ifadələr kimi qiymətləndirib.
“Mən onun hansı gündəmi müdafiə etdiyini başa düşürəm. Görünür, sahiblərin çatışmazlığı elə onların öz problemidir. Vətəndaşlar isə heç vaxt belə bir hiss yaşamayacaqlar”, – deyə o, fikrini yekunlaşdırıb.
Son dövrlərdə Ermənistanda Rusiya hərbi bazasının gələcək statusu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930