"Sülh bütün problemlərin birdəfəlik həlli demək deyil. Bu, hər məsələdə razılaşdığımız anlamına gəlmir. Əksinə, Azərbaycanla bağlı bir çox məsələ bizi, xalqımızı, o cümlədən kimlik baxımından qıcıqlandıracaq"
"PostMedia" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan sentyabrın 14-də "İctimai Televiziya"ya müsahibəsində bildirib.
O qeyd edib ki, sülh iki tərəfin bir-birinin mövcud olmaq hüququnu və sərhədlərini qarşılıqlı şəkildə tanıması, bir-birinə atəş açmaması deməkdir.
"Sülhün fundamental tərifi budur. Bundan əlavə, tarixi hadisələrlə bağlı qarşılıqlı anlaşma üzrə razılaşmalar var, biz ticarət edirik və sair.
Biz sülhün fundamental tərifinə çatmışıq. Elə məsələlər var ki, onlar üzrə razılığa gələ bilməyəcəyik, qəzəblənəcəyik və əsəbiləşəcəyik. Bu məsələlərdə fikir ayrılığımızın olması, bir-birimizə atəş açmağımızdan daha yaxşıdır. Biz sakit şəkildə irəliləməliyik. Lakin bu açıqlama sülhün qorunmasına xidmət etmir.
Biz hər şeyə zərurətə uyğun və maraqlarımızı nəzərə alaraq lazımi qaydada cavab veririk", - deyə Rubinyan vurğulayıb.