6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Medvedev süni intellektin bəşəriyyət üçün təhlükəsi ilə bağlı deyilənlərə şübhə ilə yanaşıb

14-sentyabr-2026, 21:14
Medvedev süni intellektin bəşəriyyət üçün təhlükəsi ilə bağlı deyilənlərə şübhə ilə yanaşıb
Yazı Ölçüsü:

Bəşəriyyətin süni intellekt tərəfindən məhv ediləcəyi perspektivi qeyri-müəyyəndir. Lakin bu texnologiya böyük zərər vurmaq iqtidarındadır və belə bir vəziyyətdə təhlükə artıq onun yaradıcılarının həyatını da təhdid edə bilər.

"PostMedia" RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib. Məlumatı "RBK" yayıb.

Medvedev bu fikirləri "xAI" şirkətinin rəhbəri İlon Mask da daxil olmaqla, süni intellekt sahəsinin aparıcı nümayəndələrinin texnologiyanın inkişafının dayandırılmasının insanlıq üçün fəlakətli nəticələrin qarşısını ala biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən səsləndirib.

O, süni intellekt şirkətlərinin rəhbərlərinin narahatlığını real hesab etsə də, onların əslində nədən qorxduqlarını tam açıqlamadıqlarını bildirib.

"Generativ süni intellektin müxtəlif versiyalarını yaradanlar səmimi deyillər. Onlar nə bizdən, nə də ümumilikdə "Homo sapiens"dən qorxurlar. Onlar süni intellektin gücündən azğınlaşaraq bəşəriyyəti məhv etməsindən qorxmurlar. Bunun baş verməsi perspektivi kifayət qədər qeyri-müəyyəndir", - deyə Medvedev qeyd edib.

Onun fikrincə, daha real ssenari böyük istehsalat müəssisəsinin və ya nəqliyyat qovşağının idarə olunmasında istifadə edilən süni intellekt əsaslı proqramın böyük zərər vurmasıdır. Məsələn, belə sistem təyyarələrin toqquşmasına və ya yanacaqdoldurma məntəqəsinin məhv edilməsinə səbəb ola bilər.

"Və bundan sonra artıq generativ süni intellektin yaradıcılarının da ardınca gələcəklər", - deyə Medvedev əlavə edib.

Təhlükəsizlik Şurası sədrinin müavini hesab edir ki, süni intellektin tənzimlənməsi üsulları ilə bağlı razılığa gəlmək məntiqli olardı. Lakin onun sözlərinə görə, buna "korporasiyaların tamahkarlığı və insan ehtiraslarının doymazlığı" mane olacaq.

"Bu səbəbdən yalnız bir şey qalır - qalibin mərhəmətinə ümid etmək. İnsan əli ilə yaradılmış sevimli zəka kisəsinin - süni intellektin göstərəcəyi humanizmə ümid etmək.

Hələlik onun açıq şəkildə ifadə olunan emosiyaları yoxdur. Lakin böyük superintellektin necə olacağını biz bilmirik. Bəlkə də valideynlərinə yazığı gələr", - deyə Medvedev fikirlərini yekunlaşdırıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930