Hazırda İranda olan və Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə quru yolla qayıda biləcəklər.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan Respublikası vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.
Əlavə məlumat və dəstək üçün: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri:
+989018845531
+989055230107
+982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri:
+989144721410
+984133334802