6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

DAXİLİ SİYASƏT

Rusiya XİN: Ermənistan vətəndaşları Avropaya inteqrasiyanın risklərini qiymətləndirməlidir

22-sentyabr-2026, 10:03
Rusiya XİN: Ermənistan vətəndaşları Avropaya inteqrasiyanın risklərini qiymətləndirməlidir
Yazı Ölçüsü:

Rusiya Ermənistan vətəndaşlarının ölkənin hazırda cəlb edildiyi Avropaya inteqrasiya prosesinin risklərini obyektiv şəkildə qiymətləndirə biləcəyinə ümid edir.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru, Arktika Şurasında Rusiyanın baş rəsmi nümayəndəsi Vladislav Maslennikov "RİA Novosti"yə müsahibəsində bildirib.

"Ölkənin inkişaf yolunun yekun seçimi istənilən halda Ermənistan vətəndaşlarının əlində qalır. Bu baxımdan ümid etmək istəyirik ki, onlar hazırda cəlb edildikləri "Avropaya inteqrasiya" macərasının risklərini obyektiv şəkildə qiymətləndirə biləcəklər", - Maslennikov deyib.

Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib.

Rusiya tərəfi isə bildirib ki, eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının gömrük ittifaqında olmaq mümkün deyil.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031