Kaliforniya sahillərindən təxminən 32 kilometr aralıda iki balıqçı yaxtadan dənizə düşən pianoçunu aşkarlayaraq xilas ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Qrant Qarrett və Şon Norton cümə günü Katalina adası yaxınlığında suda olan şəxsi görüblər. "CBS News"un rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, kişinin Sakit okeanda təxminən doqquz saat qaldığı ehtimal edilir.
ABŞ Sahil Mühafizəsi BBC-yə bildirib ki, adı açıqlanmayan şəxs stabil vəziyyətdə xəstəxanaya çatdırılıb. Qurum hadisənin təfərrüatlarını araşdırır.
"Royal Caribbean" şirkəti xilas edilən şəxsin əməkdaşı olduğunu təsdiqləyib.